Cahangiri: Hüseyn(ə) Ərbəini yürüşü sülh və azadlıq simvoludur
İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini yürüşünü sülh və azadlıq simvolu adlandırıb.
İran İslam Respublikasının birinci vitse-prezidenti- İshaq Cahangiri bu gün Nəcəf-Kərbəla yolunda Həzrət Əli İbn Musa Əl-Riza(ə) məntəqəsinin namazqılanları qarşısında İraq dövlətinə təşəkkür edərək, əlavə edib: Hüseyn(ə) Ərbəini mərasiminin çatışmayan cəhətləri aşkarlanaraq, bu mərasim daimi bir hərəkətə çevrilməlidir.
İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini münasibətilə başsağlığı verərək, deyib: Şəhidlər ağasının qanı İslamın hakimiyyəti dövründən bəri qaynayır və nicat yolunu hamının qarşısına qoyur.
Cahangiri söyləyib: Hüseyn(ə) Ərbəini mərasimi müstəsna bir fenomenə çevrilibdir ki, milyonlarla aşiq insan ədalətsevər və sülhsevər şüarı ilə İmam Hüseyn(ə)-ın pak ziyarətgahına gedib çıxan yolları keçir.
Cahangiri eyni zamanda vurğulayıb: İraq dövləti Mosulda İŞİD ilə döyüşlə məşğuldur və böyük Hüseyn(ə) Ərbəini mərasimini idarə etmək çətindir.
İran İslam Respublikasının birinci vitse-prezidenti İraqın baş naziri ilə olmuş telefon söhbətinə toxunaraq, deyib: Mosulun bir milyon yarım nəfərlik sakini vardır ki, bir səngərdə terrorçuları çıxarmağa çalışır.
İran İslam Respublikasının birinci vitse-prezidenti Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək məqsədilə bu gün səhər İraqın Nəcəfi-Əşrəf şəhərinə daxil olub.