Ərəbistan Yəməndə atəşkəsi 114 dəfə pozub
-
Ərəbistan Yəməndə atəşkəsi 114 dəfə pozub
Yəmən silahlı qüvvələrinin sözçüsü atəşkəsin Ərəbistan qırıcıları tərəfindən 114 dəfə pozulduğunu bildirib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən silahlı qüvvələrinin mətbuat katibi Şərəf Loğman deyib: Ərəbistan qırıcıları 19 noyabr tarixinidə elan edilən 48 saatlıq atəşkəsin ilk dəqiqələrindən qadağan olunmuş silahlardan istifadə edərək, cinayətkarcasına hücumlar həyata keçirib və atəşkəsi pozublar.
Ş.Loğman Yəmən ordusu və xalq qüvvələrinin Omanda razılaşdırılmış 48 saatlıq atəşkəsə sadiq olduqlarını vurğulayıb və dünya ictimaiyyətinin gözləri önündə Ərəbistan tərəfindən atəşkəsin aşkar formada pozulmasına reaksiyanı yəmənli qüvvələrin qanuni və təbii haqqı adlandırıb.
Ərəbistanın Yəməndəki hərbi əməliyyatları ilə bağlı sözçüsü Əhməd Əsiri şənbə günü günorta saatlarından başlanan atəşkəsin başa çatdığını və atəşkəsin vaxtının uzadılmayacağını bildirib.
Uğurlu olacağı təqdirdə atəşkəsin müddətinin uzadılması və sülh müzakirələrinin bərpa edilməsi nəzərdə tutulmuşdu.