Liviyanın Benqazi şəhərində qanlı partlayış
Noy 22, 2016 11:23 Asia/Baku
-
Liviyanın Benqazi şəhərində qanlı partlayış
Liviyanın şərqindəki Benqazi şəhərində baş verən terror partlayışı nəticəsində bir qrup insan ölüb və yaralanıb.
Fars xəbər agentliyinin məlumatına görə, Liviyanın təhlükəsizlik mənbələri bildiriblər ki, Benqazi xəstəxanası yaxınlığında bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, 17 nəfər də yaralanıbdır.
Terror ünsürləri dünən də Benqazinin "Əlcila" yaxınlığında bomba qoyulmuş bir avtomobil partlatmışdılar.
Xəstəxana mənbələrinin bildirdiklərinə görə, bəzi yaralıların vəziyyəti ağırdır və tələfatın sayının artması ehtimalı var.
Liviya bu ölkənin öldürülmüş diktatoru Muəmmər Qəzzafinin 2011-ci ildə süqut etməsindən bəri toqquşma və kobudluq səhnəsi olub. Bu ölkə eyni zamanda İŞİD-in fəaliyyət məkanına çevrilibdir.