Bəhreynlilən şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246851-bəhreynlilən_şeyx_İsa_qasimə_dəstək_aksiyası_keçiriblər
Bəhreyn şiələrinin tanınmış ruhanilərindən olan şeyx İsa Qasimin məhkəməsi ərəfəsində Bəhreyn xalqı ona dəstək aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2016 08:19 Asia/Baku
  • Bəhreynlilən şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər
    Bəhreynlilən şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər

Bəhreyn şiələrinin tanınmış ruhanilərindən olan şeyx İsa Qasimin məhkəməsi ərəfəsində Bəhreyn xalqı ona dəstək aksiyası keçirib.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejimi bu gün Şeyx İsa Qasimə qarşı qeyri-qanuni məhkəməyə yenidən start verir. 

Ali-Xəlifə rejimi cari miladi ili iyunun 21-də şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdi. Bu qərar Bəhreyndə və dünyada geniş etirazlara səbəb oldu. 

Son beş ay ərzində Bəhreyn rejiminin təzyiqlərinə rəğmən bu ölkə xalqı hökumətin təhlükəsizlik tədbirlərini saya salmayaraq öz dini və etiqadını müdafiəyə təkid edir rejimin şeyx İsa qasimin vətəndaşlığının ləğv edilməsinə dair özbaşınsa hərəkətini pisləyir. 

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə ejiminə qarşı dinc etirazların şahididir. 

Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılmasını, ayrı-seçkiliklərə son qoyulmasını, hökumətin seçkilər yolu ilə təşkil edilməsini istəyir lakin Ali-Xəlifə rejimi bu tələblərə qarşı repressiya tətbiq edir.