Səudiyyə rejimi ordusunun Yəmənə hava hücumları davam edir
-
Səudiyyə rejimi ordusunun Yəmənə hava hücumları davam edir
Səudiyyə Ərəbistanı rejimi ordusunun qırıcı təyyarələri Yəmənin yaşayış massivlərini bir daha bombalayıblar.
Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı rejimi ordusunun qırıcı təyyarələri Sədə vilayətinin Səhhar şəhərində Bəni Məsud bölgəsinin yaşayış massivini bombalayıblar. Nəticədə azyaşlı bir qız həlak olub, bir qrup da yaralanıb.
Səudiyyəli təcavüzkar qırıcı təyyarələr həmçinin Həccə vilayətinin Müstəba rayonunu atəşə tutublar. Bu hücumun ehtimal olunan tələfatı haqda məlumat verilməyib.
Bu arada Yəmənin təhlükəsizlik qüvvələri Marib vilayətində təxribatçı əməliyyat keçirmək istəyən bir qrup silahlını həbs ediblər.
Həbs olunan şəxslərin etiraf etdiyinə görə, Ərəbistan Maribdə bir baza yaradıb və beş il öncədən indiyə qədər Yəməndə terror aktları üçün təxminən 130 nəfərə təlim keçib.
Ali-Səud rejimi 2015-ci il mart ayından ABŞ-ın dəstəyi ilə bəzi ərəb ölkələri ilə əlbir olaraq Yəmənə hücum edib ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarsın.
Ərəbistanın Yəmənə hücumlarında təxminən on min nəfər həlak olub, azı üç milyon nəfər didərgin düşüb. Bundan əlavə bu ölkənin bir çox infrastruktur obyektləri, o cümlədən xəstəxanalar və məktəblərə ciddi xəsarətlər dəyib.