Noy 25, 2016 15:09 Asia/Baku
  • Livanın Ərsal hündürlüklərində İŞİD terrorçuları həbs edilib
    Livanın Ərsal hündürlüklərində İŞİD terrorçuları həbs edilib

Bir neçə İŞİD terrorçusu və onların başçısı Suriya sərhəddi yaxınlığında Livanın Ərsal hündürlüklərində həbs edilib.

Lİvanın Əl-Minar telekanalının verdiyi məlumata görə, Livan ordusu kəşfiyyat xidməti bu gün bildirib ki, 11 İŞİD terrorçusu, o sıradan bu qrupun Əl-Əranəb bölgəsindəki komandanı Əhməd Əmun Ərsal hündürlüklərində yaxalanıblar.

Livanın Ənnəşrə portalı bu barədə yaydığı məlumatda bildirir: Livan ordusunun kəşfiyyat xidməti Vadiəl-Əranib bölgəsində İŞİD terrorçularına hücum edib. 

Ənnəşrənin bildirdiyinə görə, baş verən toqquşmalarda Əmun yaralanıb onun mühafizəçisi ölüb bir neçə terrorçu da yaxalanıb. 

Terrorçuların başçısı Əmun həbs edilib. O Ərsalda baş verən terror əməliyyatlarında, Livanın müxtəlif bölgələrində bomba partlayışlarında, Livan ordusunun komandanlarından olan Biar Bəşəlanının terror əməliyyatında iştirak etmişdir. 

Əmun həm də Suriyada İŞİD terrorçuları üçün yardım toplamaq, terrorçulara silah-sursat və qüvvələr göndərmək vəzifəsinə malik olmuşdur. 

Livan ordusu son vaxtlar İŞİD terrorçularının fələstinlilərin yaşadıqları Əl-Həlvə düşərgəsinə nüfuz etmiş başçısı Əmad Yasini yaxalamışdı. 

Teqlər