İraqdakı terror partlayışında həlak olanların sayı artıb
-
İraqdakı terror partlayışında həlak olanların sayı artıb
İraqın Babil vilayətində baş verən terror partlayışında həlak olanların sayı artıb.
Əlaləm telekanlının məlumatına görə, dünən axşam çağı Babil vilayətinin Hillə şəhərinin Əlşumli məntəqəsindəki bir yanacaqdoldurma məntəqəsində baş verən terror partlayışı nəticəsində azı yüz nəfər şəhid olubdur ki, onların bir çoxu iranlı zəvvardır.
Bu terror hücumunda onlarla nəfər də yaralanıbdır.
İnformasiya mənbələri bildiriblər ki, partlayışın şiddətinə görə, şəhidlərin sayının artacağı gözlənilir.
Bir iraqlı təhlükəsizlik rəsmisinin sözlərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsində olan zəvvarları daşıyan azı alltı avtobus tamamilə yanıbdır.
İŞİD terror qrupu bu cinayətin məsuliyyətini üzərinə götürüb.
Bununla bağlı İranın İraqın Kərbəla şəhərindəki baş konsulu Məsud Hüseyniyan Hillə şəhər xəstəxanasında olaraq, deyib ki, təqribən tam şəkildə yanmış 59 cəsəd və 14 dağılmış cəsəd, kimliyinin tanınması üçün bu gün axşamadək İrana köçürüləcək.
Məsud Hüseyniyan əlavə edib: Həlak olanların kimliklərinin DNA(DNK) sınağı ilə müəyyən olunmasınadək səbir etmək lazımdır.
İranın İraqın Kərbəla şəhərindəki baş konsulu sonra belə qeyd edib: İranda DNA sınağının keçirilməsilə iranlı, əfqan və iraqlı ola biləcək şəhidlərin kimliyi müəyyənləşəcəkdir.
Bundan öncə bu partlayışda həlak olmuş iranlı zəvvarların sayı 40 nəfər elan olunmuşdu.