Noy 25, 2016 19:36 Asia/Baku
  • Ali-Xəlifə rejiminə qarşı geniş aksiya

Bəhreyn xalqı bu ölkədə tanınmış şiə ruhani Şeyx İsa Qasimi himayə və Ali-Xəlifə rejiminin Əldiraz məntəqəsində cümə namazının keçrilməsinə mane olmasına etiraz istiqamətində Manamada bu rejimə qarşı aksiya keçirib.

Mehr xəbər agentliyinin məlumatına görə, aksiya iştirakçıları şüarlar verərək, Ali-Xəlifənin repressiv hərəkətlərini pisləyiblər.

Aksiyaçılar habelə Şeyx İsa Qasimi himayə üzrə şüarlar veriblər.

Bəhreynlilər həmçinin Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınmasının ləğvini vurğulayaraq, siyasi məhbusların azadlığa buraxılmalarını istəyiblər.

Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı aksiyası elə bir haldadır ki, Əldiraz məntəqəsi bu rejim məmurlarının mühasirəsi altındadır.

Bəhreynlilər habelə Şeyx İsa Qasimin Əldiraz məntəqəsində yerləşən mənzili qarşısında piket keçirərək, piketin davam etməsi və Şeyx İsa Qasimin himayə edilməsini vurğulayıblar.

Teqlər