Ərəbistanın şərqində Ali-Səud rejiminə qarşı aksiyalar keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i247373-Ərəbistanın_şərqində_ali_səud_rejiminə_qarşı_aksiyalar_keçirilib
Ərəbistanın şərqində yüzlərlə ərəbistanlı bu ölkə kralının bu məntəqəyə səfərinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2016 17:29 Asia/Baku
  • Ərəbistanın şərqində Ali-Səud rejiminə qarşı aksiyalar keçirilib
    Ərəbistanın şərqində Ali-Səud rejiminə qarşı aksiyalar keçirilib

Ərəbistanın şərqində yüzlərlə ərəbistanlı bu ölkə kralının bu məntəqəyə səfərinə etiraz olaraq, aksiya keçirib.

IKNA xəbər agentliyinin məlumatına görə, yüzlərlə ərəbistanlı dünən Ərəbistanın şərqindəki Ələvamiyyə şəhərində geniş aksiyalar keçirərək, şüarlar verib, Ərəbistan kralı Salman bin Əbdüləzizi "məlun şəcərənin oğlu" və "Hərəmeyn xaini" adlandırıb.

Aksiyaçılar Ali-Səud rejimi tərəfindən edam olunmuş Şeyx Nimr Baqir Əlnimr kimi şəxsiyyətlər və fəalların təsvirlərini əllərində tutaraq, kral Salmanı cani və qatil adlandırıblar.

Aksiyaçılar həmçinin saxta Ali-Səud rejimi ilə müqavimətin davam etdirilməsi və bu xərçəng şişinin kökünün kəsilməsini vurğulayıb və kral Salmanın şəkillərini öz ayaqları altında tapdayıblar.