Mosulun cənub şərq bölgələri azad edilib
İraqın şimalında yerləşən Neynəva vilayətinin azad edilməsi əməliyyatının davamında vilayətin mərkəzi olan Mosulun cənub bölgələri İŞİD terrorçularının işğalından azad edilib.
SuməriyyəNyus agentliyi İraqın təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, İraq qüvvələrinin İŞİD mövqelərinə qarşı hücumlarının davamında Mosulun cənub şərq istiqamətində Həyyül-Əmn, Əlxəzra və Əl-Kəramə bölgələri İŞİD terrorçularının işğalından tamamiylə azad edilib.
Həmçinin bildirilib ki, Mosulun cənub şərqində yerləşən Əşşəmsiyyat bölgəsinə hava hücumlarında İŞİD-in region başçısı Əbu-Ənis Əşşişani 4 terrorçu ilə birlikdə öldürülüb.
İraqlı qüvvələrin Mosul əməliyyat istiqamətində terrorçu İŞİD ünsürləri ilə bu günkü toqquşmalarında 87 terrorçu məhv edilib.
İraq ordusu öncə bildirmişdi ki, Mosulun azad edilməsi əməliyyatına start verildiyi vaxtan Neynəva vilayətinin 50 faizi İŞİD terrorçularının işğalından çıxarılıb.
17 oktyabrdan başalnılan Mosulun azad edilməsi əməliyyatı çərçivəsində iraqlı qüvvələr ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalissiyanın dəstəyi ilə Diclə çayının şərq və qərb sahilləri ilə yanaşı Mosul şəhərinin 65 məhəlləsindən 21-ni İŞİD terrorçularından azad edib.