Türkiyə Suriyanın şimalında İŞİD-in kimyəvi hücumunu etiraf etdi
-
Türkiyə Suriyanın şimalında İŞİD-in kimyəvi hücumunu etiraf etdi
Türkiyə ordusu bildirib: Türkiyə hökumətinin dəstəklədiyi Suriya hökumətinin müxalif qruplarının 22 üzvü İŞİD terror qruplaşmasının hücumuna məruz qalıb.
Türkiyə ordusu bazar günü bu xəbəri bildirərək əlavə edib: İŞİD terror qrupu Suriyanın şimalında Ər-Rəy bölgəsinin şərqində Xəlilə kəndinə kimyəvi hücum edib.
Türkiyə ordusunun bəyanatına əsasən, İŞİD terror qruplaşmasının raketlərindən birinin Suriya hökumətinə müxalif qüvvələrin bir qrupunun yerləşdiyi məkanın yaxınlığına düşməsi nəticəsində onlardan 22 nəfərin bədənlərində kimyəvi qazların təsirləri müşahidə olunub. Suriya hökumətinə müxalif qrupların bu 22 üzvü Türkiyənin təcili yardım maşınları ilə Kilis sərhəd şəhərinə nəql olunub və hal-hazırda bu şəhərin müalicə mərkəzlərində müalicə alırlar.
Türkiyə ordusu və onun dəstəklədiyi yaraqlılar Suriyanın əl-Bab şəhərinə doğru irəliləməkdədir. Belə ki, bu şəhərin bir hissəsinə İŞİD terrorçuları, digər bir hissəsinə isə kürd yaraqlıları nəzarət edirlər.