Noy 28, 2016 20:26 Asia/Baku
  • Suriya ordusunun Hələbin şərqindəki uğuru
    Suriya ordusunun Hələbin şərqindəki uğuru

Suriya ordusu qüvvələri müttəfiq qüvvələrin əməkdaşlığı ilə Hələbin şərqində terrorçuların mühasirə halqasını daha da daraldıblar.

Livanın əl-Minar televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri müttəfiq qüvvələrlə birlikdə bazar ertəsi günü Hələbin şərqində əl-Şeyx Xizr məhəlləsi və əl-Heydəriyyə bölgəsini terrorçuların işğalından azad ediblər.

Suriya ordusu və müttəfiq qüvvələr Hələbin şərqində Məsakin əl-Bəhus əl-Elmiyyə bölgəsini nəzarətə götürüb və əl-Səkən əl-Şəbabiyə doğru irəliləməkdədirlər.

Suriya ordusunun Hələbin şərqindəki uğurlarının davam etməsi ilə bu bölgədə 10-dan çox məhəllə silahlı ünsürlər və terrorçuların işğalından azad olunub və terror qrupları Hələbin şərqində daha artıq çıxılmaz vəziyyətlə üzləşiblər.

Suriya ordusunun Hələbin şərqində uğur qazanması ilə, Rusiyanın Müdafiə Nazirliyi bazar ertəsi günü bildirib: Suriya ordusu Hələbin şərq məhəllələrinin 40%-ni silahlı ünsürlər və terrorçuların işğalından azad edib.

İran İslam Şurası Məclisinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian Hələbin təkfirçi terrorçulardan azad olunmaq ərəfəsində olduğunu qeyd edərək deyib: Suriya ordusu və xalqının Hələbin azad olunması əməliyyatındakı son uğurları terrorizmlə mübarizə istiqamətində böyük addımdır.

Hələb şəhəri 2012-ci ildən şərq və qərb hissəsinə bölünüb. Şərq hissəsi terrorçuların, qərb hissəsi isə Suriya ordusu qüvvələrinin nəzarətindədir.

Teqlər