Əbu-Mehdi əl-Mühəndis səfərbər qüvvələrin əməliyyatlarının davam etməsini vurğulayıb
İraqın xalq səfərbər qüvvələri təşkilatının sədr müavini deyib: Bu təşkilat qüvvələrinin əməliyyatları Mosulun qərb istiqamətinin tam azad edilməsinədək davam etdiriləcək.
Əl-Məyadin televiziya kanalının verdiyi məlumata görə, Əbu Mehdi əl-Mühəndis deyib: Mosulun qərbində strateji bölgə olan Təll-Əbtənin mühasirəsinin təkmilləşdirilməsi üçün xalq səfərbər qüvvələrinin əməliyyatının 5-ci etapı davam edir. Əl-Mühəndis deyib: Xalq səfərbər qüvvələri Təll-Əbtənin yaxınlığındakı kəndlərin çoxunu azad ediblər və bölgəni mühasirəyə almaq üçün 4 istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
O deyib: Bu məqsəd reallaşarsa, Mosulun qərbində xalq səfərbər qüvvələrinin əməliyyatının 5-ci etapı da sona çatacaq və Mosulun qərb istiqamətinin tamami ilə İŞİD terrorçularından azad edilməsi məqsədi ilə yeni əməliyyata başlanılacaq.