Noy 30, 2016 12:20 Asia/Baku
  • Hələbin şərqindəki qruplar xaricdən dəstək alırlar
    Hələbin şərqindəki qruplar xaricdən dəstək alırlar

Hələbin şərqində yaraqlı terrorçu qrupların qərargahlarından əldə olunan faktlar onların xaricdən dəstək aldıqlarını bir daha təsdiqləyib.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Hələbin şimal şərqidnə azad edilmiş ərazilərdən hava çəkilişləri Suriya ordusu və müttəfiqlərinin son günlərin əməliyyatlarında böyük qələbələrə imza atdıqlarını göstərir. Son günlərdə Hələbin şimal şərqində Əssaxur, əl-Heydəriyyə və Cəbəl Bədru məhəllələri daxil olmaqla geniş ərazi azad edilib. 

Bu bölgələr yaşayış məntəqələrindən ibarətdir və azad edilmə əməliyyatlarında həmin məntəqələrin küçələr və məhəllələrində Suriya ordusu ilə yaraqlılar arasında şiddətli toqquşmalar baş vermişdir. Artıq əhval-ruhiyyələrini itirmiş yaraqlılar Suriya ordusu və müttəfiqlərinin hücumları qarşısında qısa zamanda qaçıb aradan çıxmağı tərcih etdilər. 

Suriya ordusu Əssaxur məhəlləsində müxtəlif növlü raket və bombaların hazırlandığı emalatxananı aşkar edib. Başqa bir emalatxanada da bomba hazırlanırdı. Bir başqa emalatxanada silahın istehsalı üçün müasir təchizatlar əldə olunub. Yaraqlılar bəzi binaları baş qərargaha bəzilərini isə öz ofislərinə çeviribmişlər. Həmin binalarda bəzi ölkələrin Hələbin şərqində yerləşən yaraqlılara yardımlarını isbatlayan faktlar aşkar edilib. Suriya ordusu Hələbin şərq məntəqələrində hərbi əməliyyatlarla paralel olaraq, toqquşma məntəqələrinin sakinlərinin evakuasiyası üçün təhlükəsiz marşrutlar icad etməyə çalışır. 

Bu bölgələrdən çıxa bilən sakinlər avtobus vasitəsi ilə təhlükəsiz ərazilərə köçürülürlər. 

Teqlər