Noy 30, 2016 19:50 Asia/Baku
  • Sionist rejimin həkk edilmiş televiziyasından azan yayımlanıb
    Sionist rejimin həkk edilmiş televiziyasından azan yayımlanıb

Naməlum hakerlər sionist rejimin 2 və 10-cu televiziyalarını ələ keçirərək bu iki telekanal vasitəsi ilə azan yayımlayıblar.

Təsnim xəbər agentliyinin məlumatına görə, naməlum hakerlər sionist rejimin Qüds və 1948-ci ildə işğal olunmuş Fələstin məscidlərindən azanın yayılmasına qadağa üzrə irqçilik qanunun ilkin mətninin təsdiqlənməsi ilə bağlı qərarına reaksiyada sionist rejimin 2 və 10-cu televiziyalarını ələ keçirib və çərşənbə axşamı gecə xəbərlər yayımlanan zaman bu iki kanal vasitəsi ilə azanı yayımlayıblar.

Hakerlər sionist rejimin iki televiziyasının proqramlarını fələstinlilər yaşayan bölgələr və əl-Cəlildə 17 dəqiqə müddətinə dayandırıblar.

Sionist rejim bazar günü Qüds məscidlərindən azanın yayılmasının qarşısının alınması üzrə irqçilik qanunu ilə razılaşdığını bildirib.

Bu irqçilik hərəkətin ardınca, fələstinli qruplar onu pisləyib və bu qərarı dini müharibə adlandırıblar: Sionist rejim mahiyyətin dəyişməsi məqsədilə qarşıdurmaya başlayıb.

Sonda Fələstin xalqı və rəsmilərinin etirazlarının artması səbəbi ilə sionist rejim Knesseti çərşənbə axşamı günü Qüds məscidlərindən azanın yayımına qadağa qanunun araşdırılmasını təxirə salıb. Bu gün çərşənbə günü bu qanunun ilkin mətnin barədə səsvermə olması qərara alınıb.

Teqlər