Sionistlər yenidən əl-Əqsa məscidinə basqın etdilər
Noy 30, 2016 20:19 Asia/Baku
Sionist qəsəbə sakinlərinin bir qrupu çərşənbə günü bu rejim hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinin həyətlərinə hücum ediblər.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, qəsəbə sakinləri əl-Əqsa məscidinin həyətlərinə daxil olduqdan sonra islam əleyhinə şüarlar səsləndiriblər.
Qüds və əl-Əqsa məscidi 2015-ci il oktyabr ayının əvvəlindən qəsəbə sakinləri və sionist hərbçilərinin irimiqyaslı hücumları və toqquşma səhnəsinə çevrilmişdir. Bu müddətdə sionist hərbçilərlə fələstinli namaz qılanlar arasında güclü qarşıdurmalar baş vermişdir.
Sionist hərbçilər Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 265 fələstinliyə atəş açaraq şəhid etmiş, 2400-dən çox fələstinlini yaralamışlar.