Ərəbistanda üç şiə gəncin edam hökmünün detalları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i248480-Ərəbistanda_üç_şiə_gəncin_edam_hökmünün_detalları
Səud rejiminin məhkəmə aparatının edama məhkum etdiyi üç şiə fəal təhlükəsizlik qüvvələrinin avtomobillərinə tərəf atəş açmaqda ittiham edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2016 14:38 Asia/Baku
  • Ərəbistanda üç şiə gəncin edam hökmünün detalları

Səud rejiminin məhkəmə aparatının edama məhkum etdiyi üç şiə fəal təhlükəsizlik qüvvələrinin avtomobillərinə tərəf atəş açmaqda ittiham edilib.

IRIB-nin Livanın Ələhd internet portalına istinadlı məlumatına görə, səud rejiminin cinayət məhkəməsi ilkin bir hökmlə Ərəbistanın şərqindəki Əlqətif məntəqəsinin sakinləri olan Abdullah Adil Əvəcan, Muhəmməd Xatəm və Cabir Zəhir Əlmərhunu təhlükəsizlik patrul dəstərlərinə tərəf atəş açmaq ittihamı ilə edama məhkum edib.

Ərriyad məhkəməsi həmçinin başqa bir nəfəri on iki il həbsdən əlavə, on iki il də ölkəni tərk etməməyə məhkum edib.

Səud rejimi anti-hökumət etirazlarında iştirak edən fəalları bu rejimə qarşı silahlı döyüşdə ittiham edir.

Ərəbistanın şərqindəki Qətif və Əhsa məntəqələri son illlərdə din xadimləri, fəallar və hətta adi vətəndaşların geniş şəkildə həbs olunmaları səhnəsidir.

Avropa İnsan Haqları Təşkilatının məlumatına görə, Ərəbistanda həbs olunanların 57 nəfəri edam təhlükəsilə üz-üzədir ki, onların 25 nəfəri Əlşərqiyyə məntəqəsinin gənclərindəndir.

Beynəlxalq Amnistiya Təşkilatı səud rejimini edamlar sahəsində ifratçılıqda ittiham edərək, edamların sayını "hövlnak" adlandırıbdır.