Dek 03, 2016 11:37 Asia/Baku
  • Bəhreynlilərin Şeyx İsa Qasimi himayə aksiyası davam edir
    Bəhreynlilərin Şeyx İsa Qasimi himayə aksiyası davam edir

Bəhreynlilər 166-cı gün dalbadal olaraq, bu ölkənin tanınmış şiə din xadimi Şeyx İsa Qasimin mənzili önündə piket keçiriblər.

IRIB-nin Bəhreynin Əllolo telekanalına istinadlı məlumatına görə, bu ölkə xalqı Bəhreynin tanınmış şiə din xadimi Şeyx İsa Qasimin mühakiməsinin bərpasına etiraz olaraq, dünən gecə Manamanın mühasirədə olan Əldiraz məntəqəsindəki Fəda meydanına toplaşaraq, onu himayə üzrə öz sabit mövqeyini vurğulayıbdır.

Piketçilər Ali-Xəlifə rejiminin zalımcasına qərarlarına qarşı çıxaraq, bütün siyasi məhbusların azad edilmələri və bəhreynlilərin haqlarının verilməsini istəyiblər.

Bəhreynli etirazçılar Şeyx İsa Qasimin yolunun davam etdirilməsini vurğulayaraq, Ali-Xəlifə rejiminin bu böyük ruhaninin vətəndaşlığının əlindən alınmasına dair qərarından geri çəkilməsi və onun mühakiməsinin dayandırılmasını özlərinin qanuni tələblərindən adlandırıblar.

Bəhreyn xalqının beş aydan çox bir müddətin keçməsindən sonra Şeyx İsa Qasimi himayə üzrə öz sabit mövqeyini vurğulaması elə bir haldadır ki, Əldiraz məntəqəsi kollektiv cəza məkanı kimi bir təhlükəsizlik səhnəsinə çevrilib. Ali-Xəlifə rejiminin başçıları onu bu məntəqədə piket keçirənlərdən intiqam almaq üçün tətbiq ediblər.

Ali-Xəlifə rejimi Şeyx Qasimin vətəndaşlığını əlindən alandan sonra bu ölkədə siyasi və hüquqi fəallar, eləcə də şiələrə qarşı repressiya siyasətlərini şiddətləndiribdir.

Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı dinc aksiyalar səhnəsidir.

Bəhreyn xalqı siyasi islahatlar, söz azadlığı, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və ölkəsində seçilmiş bir quruluşun hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi daim repressiya ilə onların etirazlarına cavab verir.

Teqlər