Dek 03, 2016 19:19 Asia/Baku
  • Hələb beynəlxalq aeroportu şose yolu azad olundu

Suriya ordusu Hələb beynəlxalq aeroportunun şose yolunu qərb, regionun bəzi ərəb ölkələri və Türkiyənin dəstəklədiyi yaraqlılar və təkfirçi terrorçuların işğalından azad edib.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri müttəfiqlərin əməkdaşlığı ilə ötən gecə Hələb şəhərinin terror ünsürlərinin işğalından azad olunması üçün öz yeni hücumlarında Şərq darvazası adlanan şose yolunu azad ediblər.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçisi adlanan qrupunun bildirdiyinə görə, Hələb beynəlxalq aeroportu şose yolunun azad olunması ilə Suriya ordusu qüvvələri indiyə qədər bu şəhərin 60%-ni terrorçuların işğalından azad ediblər.

Suriya ordusu və müttəfiqləri 2012-ci ildə şərq hissəsi silahlı müxaliflər və terrorçuların nəzarətinə keçən Hələb şəhərinin tam geri alınması üçün irimiqyaslı hücuma başlayıblar.

Hələbin şərqində Ən-Nüsrə Cəbhəsi terrorçuları fəaldırlar və onların davamlı məğlubiyyətləri ilə yanaşı, Fransanın başçılıq etdiyi himayədarları Hələbin şərqində mövcud vəziyyətin dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasında səylərə başlayıblar.

Teqlər