Liviyada onlarla mülki İŞİD-in əsirliyindən azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i248855-liviyada_onlarla_mülki_İŞİd_in_əsirliyindən_azad_edilib
Liviyanın Sirt şəhərində onlarla mülki terrorçu İŞİD qrupunun əsirliyindən azad olunublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2016 06:47 Asia/Baku
  • Liviyada onlarla mülki İŞİD-in əsirliyindən azad edilib
    Liviyada onlarla mülki İŞİD-in əsirliyindən azad edilib

Liviyanın Sirt şəhərində onlarla mülki terrorçu İŞİD qrupunun əsirliyindən azad olunublar.

Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Liviyanın milli birlik dövləti dünən bildirib ki, Sirt şəhəri terrorçulardan tam təmizlənməkdədir və ən azı 41 mülki terrorçu İŞİD ünsürlərinin əsirliyindən xilas edilib. 

Bu məlumata görə, dövlət qüvvələri Sirt şəhərində İŞİD-in son qərargahı olan Əl-Ceyzəl-Bəhriyyə bölgəsindəki mövqelərini möhkəmləndiriblər. 

Terrorçu İŞİD ünsürləri uşaqlar və qadınları hədəfə alır, mülkidən canlı qalxan kimi istifadə edirlər.