Suriya hökuməti didərginlərin Hələbə qayıtmasını istədi
-
Suriya hökuməti didərginlərin Hələbə qayıtmasını istədi
Suriya hökuməti Hələbin şərq hissəsinin təqribən 60%-nin terrorçulardan təmizlənməsinin ardınca şəhər sakinlərindən öz evlərinə geri dönmələrini və azad edilmiş əraziləri sahibsiz qoymamalarını istəyib.
Suriyanın müdafiə naziri Hələbin şərqində həyata keçirilən son uğurlu hərbi əməliyyatları yaxından izləmək üçün əməliyyat bölgəsinə səfər edib. General Fəhəd Casim Əlfərəc terrorçuların işğalından azad edilmiş məhəllələrdə olaraq, ordu qüvvələrinin yerləşdiyi məntəqələrə baxış keçirib.
Suriya dövləti isə didərginlərin öz evlərinə qayıtmaları prosesini sürətləndirməyə çalışır.
İRİB-nin müxbiri:
Hələbin şərqində azad edilmiş məhəllələrin havadan görüntüsü. 4 il terrorçuların işğalı altında qalan bu məntəqə indi bir xarabalığa çevrilib. Suriya ordusu bu ölkənin ikinci ən iri şəhəri olan Hələbin şərq hissəsinin təqribən 60%-ni azad etməyə nail olub.
Terrorçuların əlindən xilas olmağı bacaran minlərlə şəhər sakini isə, humanitar yardımlar sayəsində həyatda qalmağa çalışırlar.
Sergey Şoyqu – Rusiya ordusunun əməliyyat komandanı:
Terrorçu qruplaşmalar Hələb sakinlərinə humanitar yardımların çatdırılmasına icazə vermirlər. Minlərlə mülki Hələbdə humanitar yardımların göndərilməsini gözləyir. Suriya və beynəlxalq təşkilatlar isə əhaliyə humanitar yardımlarına edilməsinə hazırdırlar.
İRİB-nin müxbiri:
Humanitar yardımların çatdırılması və azad edilmiş ərazilərin terrorçulardan təmizlənməsi ilə Suriya ordusu insanlardan öz evlərinə qayıtmalarını və şəhəri boş qoymamalarını istəyib.
Suriya ordusunun Hələbin terrorçulardan təmizlənməsi əməliyyatını uğurla davam etdirdiyi bir şəraitdə ABŞ bir daha terrorçuların himayə edilməsi və Əsədin devrilməsinə təkid edərək, Rusiyanı öhdəliklərə əməl etməməkdə ittiham edib.
Con Bernan – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi:
Bizim qənaətimizə görə, Suriyada sülh yalnız Əsədin hakimiyyətdən getməsi ilə mümkün olacaq. Təəssüflər olsun ki, ruslar bəzi öhdəliklərinə əməl etməyiblər. Onlar, Hələbin mühasirə halqasını daha da daralda bilmək üçün danışıqlardan kənara çəkiliblər. Bu rəftar Suriyada sülhün xeyrinə olmayacaq.
İRİB-nin müxbiri:
Vaşinqtondan alınan mesajlar Rusiya rəsmilərinin reaksiyası ilə üzləşib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın terrorizm ilə mübarizədə ikili rəftar etməsini tənqid edib və deyib: Ümidvarıq Suriya olayları dövlətləri devirməyə çalışanlar üçün bir ibrət dərsi olsun.
İndi suriyalılar, 5 il davam edən işğalın cari ilin sonuna kimi başa çatacağına və Hələbin terrorçuların işğalından azad ediləcəyinə ümidvardırlar. Suriya ordusunun son uğurları isə bu arzunun imkansız olmadığını sübut edib.