Dek 05, 2016 19:56 Asia/Baku
  • Suriya ordusu Hələbin şərq hissəsinin üzərinə vərəqələr yayıb
    Suriya ordusu Hələbin şərq hissəsinin üzərinə vərəqələr yayıb

Suriya ordusunun hərbi təbliğat qərargahı ordunun Hələbin şərq məhəllərinin üzərinə vərəqələr yayması barədə təsvirlər yayıb.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, Suriya ordusunun vertolyotları Hələbin şərq məhəllələrinin üzərinə vərəqələr yayıblar. Onlarda silahlı şəxslərdən istənlibdir ki, öz silahlarını kənara qoysunlar. Suriya ordusu bu vərəqələrdə həmçinin silahlı qruplardan istəyibdir ki, yaralı mülkilərə və təmayül göstərən şəxslərə Hələb şəhərinin şərq məhəllələrindən çıxmağa icazə versinlər. Hələb şəhərinin şərq məhəllələrində Suriya ordusunun mühasirəsinə düşmüş silahlı şəxslər mülkilərin bu məhəllələrdən çıxmalarına mane olur və əhalidən insan sipəri kimi istifadə edirlər.

Teqlər