Dek 05, 2016 20:00 Asia/Baku
  • Ali-Xəlifə rejimi Ayətullah İsa Qasimin evinin yerləşdiyi məntəqənin mühasirəsini şiddətləndirib
    Ali-Xəlifə rejimi Ayətullah İsa Qasimin evinin yerləşdiyi məntəqənin mühasirəsini şiddətləndirib

Ali-Xəlifə rejimi Bəhreyn Ali İslam Şurasının sədri Ayətullah İsa Əhməd Qasimin evinin yerləşdiyi Əldiraz məntəqəsinin mühasirəsini şiddətləndiribdir.

Əlminar telekanalının məlumatına görə, Bəhreyn rejiminin hərbçiləri Əldiraz məntəqəsinin mühasirəsi ilə bağlı tədbirləri bu məntəqənin həmin ölkənin digər məntəqələrilə əlaqələrini kəsmək üçün şiddətləndiriblər. Bəhreynli hərbçilər əsas malların Əldiraz məntəqəsinə daxil olmasının qarşısını alırlar. Onlar qida maddələri daşıyan yük maşınlarını Əldiraz məntəqəsinin ətrafında öz yüklərini boşaltmağa məcbur edirlər.

Hakim rejimin hərbçiləri həmçinin xarici fəhlələrin bu məntəqədən keçmələrinə və iş yerlərinə çatmalarına mane olurlar. Əbusəybə, Sitrə, Məamir, Sədəd, Əldiraz və Biladulqədim məntəqələri Ayətullah İsa Qasimi himayə istiqamətində aksiyanın keçirilməsi, həmçinin onun vətəndaşlığını əlindən almasına görə, Bəhreyn rejiminin qərarının pislənilməsi, eləcə də Bəhreyn Əlvifaq İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakiməsinə etirazların şahidi olublar.

Teqlər