Dek 06, 2016 12:46 Asia/Baku
  • İŞİD başçıları Mosuldan qaçıblar
    İŞİD başçıları Mosuldan qaçıblar

İraqın Neynəva vilayətindəki yerli mənbələr Əbubəkr Əlbəğdadi daxil olmaqla İŞİD başçılarının Mosuldan İraqın Suriya ilə sərhəd məntəqələrinə doğru qaçmalarından xəbər veriblər.

İŞİD başçılarının bu qrupun sıxışdırılması və dalbadal məğlubiyyətə uğramasından sonra öz ünsürlərinin Mosuldan qaçmaları üçün göstəriş vermələrinin ardınca İŞİD-in əsas başçısı- Əbubəkr Əlbəğdadi İraqın Neynəva vilayətinin Əlbəac məntəqəsindəki ünsürlərindən bir qrupu ilə yanaşı Suriya ilə sərhəd məntəqələrində gizlənibdir.

Bundan öncə İraqın ordu və xalq qüvvələrinin Mosuldakı sürətli irəliləyişlərinin və bu qrupun sıxışdırılmasının ardınca İŞİD terror qrupunun başçıları öz ünsürlərindən Mosulu tərk etmələrini istədilər.

Mosulun azad edilməsi əməliyyatının komandanı Nəcm Əlcəburi terrorçuların qarışmış durumuna və onların savaşı davam etdirməkdə aciz qalmalarına toxunaraq, deyib ki, bu şəhərin azad edilməsi cari ildə reallaşacaqdır.

Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-də altı istiqamətdə başlanıb. İraqlı qüvvələr son günlərdə Mosulun şərq hissəsindəki qəsəbə və məhəllələrə daxil ola biliblər.

Teqlər