İraq İŞİD-in məhvindən sonra Amerika hərbçilərinin iştirakının davam etməsinə reaksiya verdi
-
İraq baş naziri ofisinin sözçüsü
İraq baş naziri ofisinin sözçüsü bildirib: İŞİD əleyhinə Amerika koalisiyasının hərbçilərinin bu terror qruplaşmasının məhvindən sonra bu ölkədə qalması üçün qərar verilməyib.
ABŞ müdafiə naziri Eşton Karter ötən şənbə günü amerikalı və müttəfiq qüvvələrin İraqda qalmasının vacibliyini qeyd edərək deyib: Hətta İŞİD İraqda məğlub olarsa, Amerika bu ölkəni tərk etmək niyyətində deyil.
İRİB-in məlumatına görə, İraq baş naziri Heydər əl-İbadinin ofisinin sözçüsü Səəd əl-Hədisi ABŞ müdafiə nazirinin bu ölkə hərbçilərinin İraqdakı iştirakının davam etməsinə dair açıqlamasına reaksiyada bildirib: Baş nazir Heydər əl-İbadi səlahiyyətlərinə əsasən, Bağdadın Amerika koalisiyasına üzv ölkələrlə əlaqələrinin gələcəyi barəsində qərar verəcəkdir.
İraqın müştərək qüvvələrinin Neynəva vilayətinin mərkəzi olan Mosulda İŞİD-ə qələbə ərəfəsində olduğu bir halda, Amerika hələ də İŞİD-in məhvindən sonra bu ölkədə hərbi iştirakını davam etdirmək ardıncadır.
Amerika ötən iki il ərzində İraqa 5 min hərbçi ezam edib. Belə ki, İraq qüvvələrinə kömək etmək yerinə daha çox terrorçulara köməklikdə rol oynayırlar. Həmçinin bəzi şəhərlərdə İŞİD başçılarını təhlükələrdən xilas etmişlər.
İraqın xəbər dairələri dəfələrlə məlumat veriblər ki, Amerika qırıcı təyyarələri İŞİD-lə savaşda tapşırığı yerinə yetirərkən İraqın müxtəlif bölgələrində bu terror qruplaşmasına silah-sursat yükləri atmışlar.