Dek 07, 2016 13:08 Asia/Baku
  • Bəhreyn İnsan Haqları Mərkəzi ötən həftə ərzində 14 nəfərin həbs edildiyini bildirib
    Bəhreyn İnsan Haqları Mərkəzi ötən həftə ərzində 14 nəfərin həbs edildiyini bildirib

Bəhreyn İnsan Haqları Mərkəzi ötən həftə ərzində 14 nəfərin həbs edildiyini bildirib

Bəhreynin Əllolo telekanalının verdiyi məlumata görə, bu ölkənin insan haqları mərkəzi noyabrın 28-dən dekabrın 4-nə kimi olan müddət ərzində 14 nəfərin o cümlədən bir yeniyetmənin həbs edildiyini və saxlanılan şəxslərdən sadəcə birinin daha sonra sərbəst buraxıldığını bildirib. 

Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Bəhreyn məhkəmələri 29 nəfər barəsində məhkəmə qərarı çıxardıb. Bu şəxslər barəsində çıxarılan həbs qərarı üst-üstə 108 ildir. 

Bəhreyn İnsan Haqları Mərkəzi öz həftəlik hesabatında Bəhreynin 25 nöqtəsində 37 aksiyanın keçirildiyini bildirib. Bu məlumata görə, 2 etiraz aksiyası polis tərəfindən güc tətbiq edilərək, dağıdılıb. 

Teqlər