Hələbin qədim hissəsi azad edildi
-
Hələbin qədim hissəsi azad edildi
Suriya ordusu və müttəfiq qüvvələr Hələbin qədim hissəsini terrorçuların işğalından azad ediblər. Terrorçular ağır döyüşlərin sonunda böyük itkilər verərək, ordu qüvvələrinə təslim olub və ya şəhərdən qaçıblar. Hələbin şərqində suriyalı və xarici terrorçular arasındakı ixtilaflar isə getdikcə artır.
Əlaləm kanalının verdiyi məlumata görə, terrorçular Hələbin şərqində ardıcıl məğlubiyyətlər ilə üzləşirlər və bəlkə də bu Hələbin şərqində gedən son döyüşlərdir. Bir qrup terrorçu Hələbin qədim hissəsində ordu qüvvələrinə təslim olaraq, silahlarını yerə qoyublar. Bir qrup terrorçu isə Hələbin qədim hissəsini tərk edərək, hələ də terrorçuların nəzarəti altında olan ərazilərə sığınıblar.
Terrorçuların qaçması və ya təslim olması yüzlərli mülkinin terrorçuların əlindən qaçaraq, nicat tapmasına səbəb olub. Terrorçular onlardan canlı qalxan olaraq istifadə edirdilər.
Məntəqə sakinlərindən biri deyir: "Terrorçuların əlindən qaça bildiyimiz üçün çox şadıq və ordu qüvvələrinə "xoş gəlmişsiniz" deyirik".
Terrorçuların koordinatorları isə bildirirlər ki, silahlı qruplaşmaların nümayəndələri Hələbin şərqini tərk edə bilmək üçün Türkiyədə danışıqlar aparmaqla məşğuldurlar.