Yəmənli uşaqlar və Ərəbistanın hava hücumlarının öldürücü effekti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i249983-yəmənli_uşaqlar_və_Ərəbistanın_hava_hücumlarının_öldürücü_effekti
Yəmən ərəb ölkələri arasında ən yoxsul olanıdır. İndi isə Ərəbistanın təcavüzləri nəticəsində bu ölkə xarabalığa çevirilib. Amansız hücumlar indiyə kimi minlərlə nəfərin ölümünə və yaralanmasına yol açıb. Ali-Səudun başçılıq etdiyi anti-Yəmən koalisiyasının hava hücumlarının əsas qurbanları isə sivil əhalidir. Bu hücumlar və Yəmənin tam mühasirədə saxlanılması ölkəni böyük bir insan faciəsinə sürükləyib. Artıq ölkə əhalisinin həyatı sadəcə humanitar yardımlardan asılıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 08:56 Asia/Baku
  • Yəmənli uşaqlar və Ərəbistanın hava hücumlarının öldürücü effekti
    Yəmənli uşaqlar və Ərəbistanın hava hücumlarının öldürücü effekti

Yəmən ərəb ölkələri arasında ən yoxsul olanıdır. İndi isə Ərəbistanın təcavüzləri nəticəsində bu ölkə xarabalığa çevirilib. Amansız hücumlar indiyə kimi minlərlə nəfərin ölümünə və yaralanmasına yol açıb. Ali-Səudun başçılıq etdiyi anti-Yəmən koalisiyasının hava hücumlarının əsas qurbanları isə sivil əhalidir. Bu hücumlar və Yəmənin tam mühasirədə saxlanılması ölkəni böyük bir insan faciəsinə sürükləyib. Artıq ölkə əhalisinin həyatı sadəcə humanitar yardımlardan asılıdır.

Bura Yəmənin Ərəbistan ilə sərhəd ərazidə yerləşən Aham məntəqəsidir. Bütün sakinlər məntəqəni tərk etməyə məcbur olublar. Bu məntəqənin yollarından ölüm qoxusu gəlir. Burda bir millətin qəm və qüssəsi ilə yazılmış dramını hiss etmək olar. Uşaqların çəkdiyi ağrı və acını hiss etmək üçün bu ətrafa nəzər salmaq kifayət edər. Bu tük ürpədən təsvirlər insanın damarlarında qanını dondurur. Amma, bu təsvirlərə baxmadan mühribənin nələrə gətirib çıxartdığını da anlamaq mümkün deyil. 

Statistik məlumatlara görə, təqribən 10000 uşaq müalicəsi mümkün olan xəstəliklər üzündən həyatını itirib. Yarım milyon uşaq aclıqdan əziyyət çəkir. Çox az uşaq xəstəxanaya çatdırılmaq şansına malikdir. Artıq ölkədəki xəstəxanalar və səhiyyə məntəqələrinin yarıdan çoxu fəaliyyət göstərmir. 

Həkimlərdən biri deyir: "Əlimizdə olan imkanlar son dərəcə azdır. Buna görə də çox məhdud xidmətlər göstərə bilirik. Bu xəsətlərin həyatını qurtara bilmək üçün beynəlxalq ictimaiyyətin bizə yardım edəcəyinə ümid bəsləyirik. "

Ötən iki ildə Yəməndə aclıqdan və yetərsiz qidalanmadan əziyyət çəkən uşaqların sayı 200% artıb. Hələ müharibədən öncə Yəmən ərzaq məhsullarına olan ehtiyacının 90%-ni idxalat hesabına təmin edirdi. İndi isə, Yəmənə ərzaq məhsullarının gətirilməsinə icazə verilmir. 

Bir yəmənli bu barədə deyir: "Allah bizi bombalayanları cəzalandırsın".

Bu körpü 2 həftə öncə bombalandı. İndi mülki əhali və ərzaq məhsulları daşıyan yük maşınları hərbçilərin istifadə etdikləri yollardan istifadə etməyə məcbur olublar. Kəndlərə isə ərzaq məhsullarının çatdırılması son dərəcə çətin və bəzən imkansızdır. 

"Uşaqlrın Nicatı" adlı xeyriyyəçi qrupun həkimləri ucqar kəndlərdə olaraq, xəstə uşaqlara yardım etməyə çalışırlar. Belə bir kəndlərin birində bir ailə yeni doğulmluş uşağını bizim yanımıza gətirdi. 

Yaşlı bir kişi aclıqdan əziyyət çəkən nəvələri ilə kameramızın qarşısına keçdi. Uşaqlardan biri cəmi 9 aylıq idi. Qidalanmasında yaranan problemlər üzündən qara ciyər çatışmazlığına düçar olmuşdu. 5 yaşı olan böyük qardaşı isə aclıqdan həyatını itirmişdi. Anaları isə pulsuzluqdan övladlarının həyatını xilas edə biləcək dərmanları almağa qadir deyildi. 

Uşaqları üçün nəyə ehtiyaclı olduğunu soruşduqda isə, "Bizim heç nəyə ehtiyacımız yoxdur. Biz sadəcə dərman istəyirik. Əgər bizə dərman verə bilsəniz, sizdən çox razı qalarıq." dedi.

Səfərimiz davam etdiksə, böhranın nə qədər dərin olduğunu daha aydın görməyə başlayırdıq. Müharibə nəticəsində 3 milyon yəmənli öz evindən didərgin düşmüşdü.

Əlməncurə düşərgəsində isə 17 000 didərgin qızmar günəş altında, susuz çöldə ölümün pəncəsinə tərk edilmişdi. Burda da əzabkeş insanlar yanımıza gəldilər və acizanə şəkildə bizdən yardım dilədilər. 

Xəstə və əlil övladını yanımıza gətirən atanın sözləri isə ürəkləri parçalayırdı: "Sizi humanitar təşkilatların nümayəndələri zənn etdik. Buna görə də bizə kömək edəsiniz deyə, sizin yanınıza gəldik. Heç olmazsa, bizim fəryadımızı dünyanın diqqətinə çatdırın, bizim əzablarımızı onlara göstərin."

Bir qadın da aclıqdan əziyyət çəkən və hər gün vəziyyəti daha da pisləşən övladını bizə göstərərək, dedi: " Danışa bilmir. Yeriməyə də qadir deyil. Həkimə getməyə isə pulumuz yoxdur".

Müharibənin insanlardan aldığını bir daha geri qaytarmaq mümkün deyil. Səmirin 3 yaşı var. Hava hücumları zamanı ata və anasını, habelə, ailəsinin digər 24 üzvünü itirib. O, bombardmandan xilas olmağı bacaran yeganə ailə üzvüdür. 

Bombardmandan öncə məntəqəni tərk edən əmisi Məhəmməd indi yetim qalan bu uşağı xilas etmək üçün geri qayıdıb. Məhəmməd deyir: 

"Bəzən ailə üzvlərinin adlarını çəkərək, onların harada olduğunu soruşur. İndi o, hər dəfə təyyarə səsi eşidəndə, qorxudan özünü qucağıma atır. Mən də onu öz yanımda yatızdırıram."

Koalisiya qüvvələrinin aramsız bombardmanları, mühasirədə saxlanılması və idxalata icazənin verilməməsi ölkə iqtisadiyyatını məhv edib. Ərəbistanın tərəfdarı olan silahlı qiyamçılar davamlı olaraq, humanitar yardımların ölkəyə gətirilməsi və əhali arasında paylanılması prosesini əngəlləyirlər. Onlar, yardımların paylanılmasına özlərinin nəzarət etmələrini istəyirlər. Digər problem isə indiyə kimi vəd olunmuş beynəlxalq humanitar yardımların sadəcə yarısının təhvil verilməsidir. 

BMT-nin Yəməndə humanitar məsələlər üzrə kordinatoru Cimi Mək Qoldrik bu barədə deyir: "Bu elə bir böhrandır ki, ona hələ də lazımi qiymət verilməyib. Bizim burdakı səhlənkarlığımız və onun mənfi nəticələrinə görə elə özümüz məsuliyyət daşıyırıq. Əlbəttə, biz Yəmən xalqına kömək etmək üçün bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Amma, faciənin miqyası o qədər böyük, yardıma ehtiyaclı olan insanların sayı o qədər çox və qaynaqlarımız o qədər məhduddur ki, biz bundan artıq bir iş görə bilmirik. Vəziyyətin belə olması isə şahidi olduğumuz insan faciəsini qaçılmaz edir. "

 

İbrahim Bilqeys 21 gündür ki, dünyaya göz açıb. Onun ekiz qardaşı anadan olduqdan dərhal sonra öldü. İbrahim də çox zəifdir və həyatda qalmaq üçün çabalayır. 

Bu günə kimi bir çox müharibənin şahidi olmağımıza baxmayaraq, bu uşağa baxdıqda insanın damarlarında qanı donur. Bu, insanlıq adına həqiqətən böyük bir rüsvayçılıqdır. Acı verici də olsa dünya Yəməndə acı çəkən bu uşaqları unudub.