Terrorçular əhalinin Hələbin şərqindən qaçmasına mane olurlar
-
Terrorçular əhalinin Hələbin şərqindən qaçmasına mane olurlar
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Hələbin şərqindəki terrorçu ünsürlər mülkinin şəhəri tərk etməsinə mane olurlar.
BMT-nin hesabatında deyilir: Hələbin şərqində Suriya ordusunun terrorçulara qarşı təzyiqləri gücləndirdiyi ərazidə 100 min mülki mühasirədədir.
BMT bildirib ki, indiyədək on minlərlə mülki Hələbin şərqində mühasirədə olan ərazilərdən qaçıb. Sadəcə dünən Hələbin şərqində toqquşmaların dayandırılmasından sonra 8 min sakin ərazini tərk edib.
Hesabatın davamında deyilir: Suriyanın dövlət qüvvələri son həftə ərzində Hələbin şərqində terrorçuların nəzarətində olan ərazilərin 75 faizini geri ala biliblər.
Digər tərəfdən Suriyada Rusiyanın barışıq mərkəzi bildirib ki, son 24 saat ərzində 4 min uşaq daxil, 10 min suriyalı mülki Hələbin yaraqlıların nəzarətində olan hissəsindən qaçıblar.