Bəhreyn xalqı cümə namazına maneçilik törədilməsini pisləyən aksiya keçirib
Bəhreyn xalqı bir daha Ali-Xəlifə rejiminin repressiya hərəkətlərini, xüsusən cümə namazına maneçilik törədilməsinin davam etməsini pisləyərək, aksiya keçirib.
Fars xəbər agentliyinin məlumatına görə, Bəhreyn xalqı dünən Manamanın qərbindəki Əldiraz məntəqəsində aksiya keçirərək, Ali-Xəlifənin beş aydan çox cümə namazına maneçilik törədilməsi üzrə hərəkətlərinə etiraz edibdir.
Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri Əldiraz məntəqəsinin mühasirəsini gücləndirib, imamcümənin və namazqılanların bu məntəqəyə daxil olmalarına mane olaraq, Əldiraz məntəqəsində yerləşən Əl-İmam Əl-Sadiq(ə) məscidində namazın qılınmasına maneçilik törədirlər.
Belə bir halda, qəzəbli Bəhreyn xalqıının Bəhreyn Milli Birlik islami cəmiyyətinin buraxılması, eləcə də Əlrisalə və Əltəuiyyə cəmiyyətlərinin bağlanması və tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunmasına qarşı onun mənzili önündə iyunun 20-dən başlanmış piketi davam etməkdədir.
Bəhreyn 2011-ci ilin fevralından Ali-Xəlifə rejiminə qarşı dinc aksiyaların şahididir.
Bəhreyn xalqı siyasi islahatlar, söz azadlığı, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi, bu ölkədə seçilmiş hökumətin hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi repressiya ilə onların etirazlarını cavablandırır.