Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
-
Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
Ərəbistan qırıcılarının Yəmənə olan son hücumlarında bir neçə mülki ölüb və yaralanıb.
Yəmənin Əlməsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının şənbə günü axşam saatlarında Yəmənin qərbində yerləşən Əlhədidə əyalətinə olan hücumları zamanı 10 nəfər ölüb və yaralanıb, bir neçə evə ciddi zərər və ziyanlar dəyib.
Ərəbistan qırıcılarının Yəmənin Sədə əyalətində y erləşən Razeh məntəqəsinə hücumu zamanı da 2 sivil həyatını itirib, 3 nəfər isə yaralanıb.
Əlaləm telekanalı da bildirir ki, Yəmən ordusu və müqavimət qüvvələrinin Maarib və Əlcəvf əyalətlərində Ərəbistana bağlı muzdluların mövqelərinə qarşı hücumlarında bir qrup muzdlu ölüb və yaralanıb.
Həmçinin, şənbə günü axşam saatlarında Yəmənin cənubunda istefada olan prezidentin tərəfdarları arasında bir kamikadze tərəfindən törədilən partlayış onlarla nəfərin ölməsi və yaralanmasına yol açıb.