İraqın xalq səfərbər qüvvələri Mosulun qərbində daha 5 kəndi azad ediblər
-
İraqın xalq səfərbər qüvvələri Mosulun qərbində daha 5 kəndi azad ediblər
İraqın xalq səfərbər qüvvələri Mosul şəhərinin qərbindəki Təl-Ətbə istiqamətində daha 5 kəndi azad ediblər.
Əl-İraqiyyə telekanalının məlumatına görə, xalq qüvvələri həmçinin bu istiqamətdə partalyıcı maddələrin düzəldilməsində də istifadə olunan bir zəhərli maddələr anbarını aşkarlayıb və müsadirə ediblər.
Neynəva əməliyyatının komandanı Əbdulamir Yarallah deyib ki, xalq səfərbər qüvvələri Tələfər hava limanının qərbində bir sıra kəndi azad edə biliblər.
O, əlavə edib: Xalq qüvvələri İraqın bayrağını bu kəndlərin azad edilməsindən sonra həmin kəndlərdəki binaların üzərlərində dalğlandırıblar. Belə bir halda, xalq qüvvələri İŞİD terrorçularına ağır xəsarətlər vurublar. Digər tərəfdən, xalq qüvvələrinin təbliğat qərargahı Əlriziyyə kəndinin azad edilməsi, bir qrup İŞİD-çinin öldürülməsi və onların Şuy kəndinə doğru irəliləyişlərinin davam etməsindən xəbər veriblər. Xalq qüvvələri habelə Təl-Əbtə məntəqəsinin cənub-qərbindəki Əlmeydan kəndini azad ediblər.
Xalq qüvvələrinin Təl-Əbtə məntəqəsini azad edə bilmələri və Mosulun qərb istiqamətində öz əməliyyatlarının beşinci mərhələsinin başa çatdığını elan etmələrindən sonra hazırda bu qüvvələr silahlı qüvvələrin baş komandanının əmrlərini gözləyir və əməliyyatın sonrakı etapına hazırlaşırlar. Xalq qüvvələri Ələbtə məntəqəsinin azad edilməsilə mühüm təhlükəsizlik nailiyyətləri əldə ediblər. Bu məntəqə İŞİD-in Mosulun cənub-qərbindəki mühüm komandanlıq mərkəzlərindən biri sayılırdı. Bu məntəqənin azad edilməsilə xalq qüvvələri Hizr, Tələfər və Mosul şəhərlərinə çıxan bütün yolları tam şəkildə bağlayıb və bu addımla Mosulun cənub-qərb məntəqələrinin bu şəhərlə əlaqələrini tam şəkildə kəsiblər. Onlar Tələfər şəhərini bütün istiqamətlərdən mühasirəyə alıblar.
Təhlükəsizlik üzrə ekspertlər vurğulayırlar ki, xalq bölmələrinin Mosulun qərb istiqamətindəki irəliləyişləri və hərbi uğurları İŞİD-in iflic olmasına və səhrada yerləşən terrorçuların çaş-baş qalmalarına səbəb olub. Bu çaş-başlıq və iflicolma Suriya sərhədləri yaxınlığında işğal olunmuş digər məntəqələrin azad edilməsi və təmizlənməsinə zəmin yaradacaqdır.