Şayiələr təkzib edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i250676-Şayiələr_təkzib_edilib
Suriya ordusunun döyqş qərargahı, Suriya ordusunun və onun müttəfiqlərinin uğurlu irəliləyişləri zamanı Hələbin şərqində kütləvi edamlar barədə şayiələri təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2016 07:31 Asia/Baku
  • Şayiələr təkzib edilib
    Şayiələr təkzib edilib

Suriya ordusunun döyqş qərargahı, Suriya ordusunun və onun müttəfiqlərinin uğurlu irəliləyişləri zamanı Hələbin şərqində kütləvi edamlar barədə şayiələri təkzib edib.

İRİB-nin verdiyi məlumata görə, Suriya ordusunun döyüş təbliğatı qərargahı bildirib ki, yaraqlılar və terrorçulara dəstək verən telekanalların Hələb şəhərində mülkinin Suriya ordusu tərəfindən qırğın edilməsi barədəki iddiaları beynəlxalq emosiyaları qıcıqlandırmaq məqsədi ilə səsləndirilir. 

Suriya ordusunun döyqş təbliğatı qərargahı Hələb şəhərinin azad edilməsi münasibəti ilə bu şəhərin küçələrində şənlik mərasimlərinin keçirilməsi xəbərini təsdiqləyərək bildirib ki, yaraqlı ünsürlər və terrorçular çaş-başlıq və hərc-mərclik içindədir və onların çoxlu sayda ünsürləri Suriya ordusuna təslim olublar. 

Suriya ordusu dünən gecə bildirib ki, terrorçu qrupların Hələbin şərqindəki son qərargahlarından qovulmaları ilə, bu şəhər 5 ildən sonra tamamiylə terrorçuların işğalından azad edilib. 

Suriya qaynaqlarının bildirdiklərinə görə, Hələb Şəhərinin 99 faizi azad edilib.