Dek 13, 2016 19:46 Asia/Baku
  • Hələbin şərqində edamlar üzrə məsul şəxs həbs olunub
    Hələbin şərqində edamlar üzrə məsul şəxs həbs olunub

Cibhətunnusrə terror qrupunun başçılarından olan Hələbin şərqində edamlar üzrə məsul şəxs məntəqədən qaçmağa müvəffəq olmazdan öncə Suriyanın ordu qüvvələri tərəfindən həbs olunub.

IRNA-nın məlumatına görə, Cibhətunnusrə terror qrupunun başçılarından olan Yusif Fəhd Dib həbs olunduqdan sonra istintaqlarda etiraf edibdir ki, onun komandanığı altında olan ünsürlər Hələbin şərqində onlarla nəfəri edam ediblər.

Onun sözlərinə görə, üzdəniraq "İŞİD şəriəti" məhkəməsinin hökmü ilə edam olunmuş bir çox şəxs gülləbaran edilibdir ki, başqaları qorxmuş olsunlar.

Həmçinin Ceyşulfəth adlı terror qrupunun üzdəniraq şəriət hakimi Əbdullah Əlmuhəysini terrorçuların Hələbdəki tam uğursuzluğundan və bu şəhərin azad edilməsindən sonra Twitter-dəki şəxsi səhifəsini bağlayıbdır.

Hələbin azad olunması ilə terrorçuların Hələbdəki cinayətləri barədə daha çox reallıqlar ifşa olundu və Suriyadakı terror qruplarının beynəlxalq himayədarları üçün daha artıq rüsvayçılıqlara səbəb oldu.

Teqlər