Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
Dek 13, 2016 16:44 Asia/Baku
-
Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini öz hücumlarına məruz qoyublar.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, səud qırıcıları bu gün Yəmənin Marəb, Əlhədidə və Səədə məntəqələrini hədəfə alaraq, onlarla binanı dağıdıblar. Hələ bu hücumlarda həlak olanların sayı barədə məlumat yayılmayıb. Deyilənlərə görə, səud rejimi Yəmənin Marəb vilayətinin Sərvah məntəqəsində kasset bombalarından istifadə edibdir.
Belə bir halda, yəmənli qüvvələr Əlbiyza vilayətindəki strateji Cəbəl Əlkəsad məntəqəsini öz nəzarətlərinə alıblar. Onlar bir qrup səud muzdurunu öldürüblər.
Teqlər