Hələbin tam azadlığı
-
Hələbin tam azadlığı
Suriyanın Hələb şəhəri 5 ildən sonra tam şəkildə terrorçuların işğalından azad edilib.
İRİB-in məlumatına görə, Hələbin terrorçulardan tam şəkildə azad olunması ardınca, şəhər sakinləri çərşənbə axşamı gecə terrorçular qarşısında qələbəni bayram etmək üçün küçələrə axışıb və bu böyük qələbə münasibəti ilə bir-birlərini təbrik ediblər.
Məlumatlı mənbələrin bildirdiyinə görə, atəşkəs razılaşması ilə silahlı terrorçular hazırda Hələbin şərqindən çıxırlar. Belə ki, gələn bir neçə saat ərzində Ramusə keçidi vasitəsi ilə Hələb vilayətinin qərb istiqamətinə gedəcəklər.
Həmçinin Hələbdə terror qruplarının məğlubiyyəti ardınca, bu qrupların ünsürləri bir-birlərini xəyanətdə suçlayıblar.
Hələbin azad olunması ilə Suriyanın şərqində Deyruz-Zur və şimalında Riqqə vilayətlərinin məhdud bir hissəsi terrorçuların işğalında qalır. Hələbin azad olunmasından sonra isə suriyalı qüvvələr bütün qüvvələrini bu bölgələri azad etməyə yönəldəcəklər.