Hələbin azadlığı Suriya ordusu və müqavimət mehvərinin ən böyük qələbəsidir
İran İslam Respublikası rəsmiləri Hələbin terrorçuların işğalından azad olunmasını Suriya ordusu və müqavimət mehvərinin ən böyük qələbəsi adlandırıblar.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi çərşənbə axşamı gecə İRİB-ə verdiyi müsahibədə Suriyanın Hələb şəhərinin azad olunması barəsində deyib: Hələbin terrorçuların işğalından azad edilməsi asılı terrrorizm və onun regional və qərbli himayədarları qarşısında Suriya xalqının böyük qələbəsi idi.
Əli Şəmxani qərbin tədbirlərinin Hələbin azad olunmasının qarşısını ala bilmədiyini deyərək bildirib: İran İslam Respublikası Suriya böhranının hərbi həll yolunun olmadığı qənaətindədir və bu böhranın həll yolu bu ölkə hökuməti və müxaliflərinin dialoq və müzakirəsidir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Qərb və bəzi region ölkələri Hələb azad olunduqdan sonra intiqam almaq üçün terrroruları dəstəkləmək və silahlandırmağı davam etdirmək və yaxud milli birlik hökumətinin təşkili məqsədilə hökumətlə dialoq üçün silahlı müxalifləri təşviq etmək strategiyalarına sahibdirlər. Ümidvaram ikinci yol seçiləcəkdir.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti Hələbin azad olunmasını Suriyada terrorçularala savaş başlandığından bəri Suriya ordusu və müttəfiqlərinin ən böyük qələbəsi adlandırıb.
Vilayəti Hələb qələbəsini suriyalılar və müttəfiqlərinin müqavimətinin nəticəsi adlandırıb və deyib: Suriya xalqının 5 illik müqaviməti bölgəyə nəzarət etməyə cəhd edən region mürtəceləri və qərb və ABŞ-ın muzdlu müttəfiqlərinin arzusunu ürəyində qoydu.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri ümidvarlıq edib ki, Suriya olaylarına tamahla yanaşan region ölkələri Hələb qələbəsindən öyüd alacaqlar.
İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi də Hələb şəhərinin terrorçular və təkfirçilərdən təmizlənməsini Riqqənin fəthi və Suriyada terrorizmin kökünün kəsilməsinin açarı adlandırıb.
Suriya ordusu çərşənbə axşamı gecə Hələb şəhərini 5 ildən sonra tam şəkildə terrorçuların işğalından azad edib.