Suriya müftisi: Tezliklə Hələbin Əməvi məscidində Suriya prezidentinin yanında namaz qılacağıq
-
Şeyx Əhməd Bədrəddin
Suriya müftisi bu ölkə ordusu qüvvələrinin Hələb şəhərinin Əməvi məscidini nəzarətə götürmələrinə toxunaraq deyib: Tezliklə bu şəhərin Əməvi məscidində Suriya prezidenti Bəşşar Əsədin yanında namaz qılacağıq.
Əl-Məyadin televiziyasının məlumatına görə, Şeyx Əhməd Bədrəddin Həssun bu telekanala verdiyi müsahibədə deyib: İlk öncə vəziyyəti insanlara düzgün şəkildə çatdırdığınıza görə, siz medialara öz təşəkkürümü bildirirəm. Şahidi olduğunuz kimi, bayram günü Daria məscidində Suriya prezidenti Bəşşar Əsədin iştirakı ilə namaz qıldıq və tezliklə Hələbin Əməvi məscidində onun iştirakı ilə namaz qılmağımızın şahidi olacaqsınız.
Həssun əlavə edib: Gələn 6 ayda Hələbdə bütün məscidlərdən azan səsi, bütün kilsələrdən dua səsi və bütün zavodların fəaliyyət səslərini eşidəcəksiniz. Ötən 1400 ildə bu təcavüzkarların şəhərə hücum etdiyi zaman istisna olmaqla Hələbin Əməvi məscidində heç vaxt azan səsi kəsilməmişdi. Mən terrorçulara deyirəm ki, onların röyaları məhv oldu və haqq sizə qalib gəldi. Bəzi ruhanilər dini özləri üçün dükana çeviriblər. Dünyanın din ölkələrinə parçalanması üzrə planın şahidiyik. Mən terrorçuların qayıtdığı halda Tunis və Avropa ölkələri üçün nigaranam. Məzhəb müharibəsi yalandan başqa bir şey deyil. İslam dünyasında baş verən savaş, məzhəb savaşı deyil, əslində neft barelləri və keçidlər üzərindəki savaşdır.