Dek 15, 2016 10:15 Asia/Baku
  • Terrorçuların Hələbə raket hücumu
    Terrorçuların Hələbə raket hücumu

Rusiyanın Müdafiə Nazirliyi dünən bildirib ki, yaraqlı terrorçular Hələb şəhərinin müxtəlif yerlərini raket və bomba daşıyan pilotsuz təyyarələrlə hədəfə alıblar.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi xatırladıb ki, Əhrarüşşam terror qrupunun ünsürləri Hələbin Səlahəddin, Eynül-Qəntərə və Rəşa bölgələrini və Suriya ordusunun tabeliyində olan təhlükəsizlik bölmələrinin Laziqiyyədəki mövqelərini raket ilə hədəfə alıblar. 

Əhrarüşşam terror qrupu Ədlib, Hələb, Hüms və Homahda Suriya ordusu ilə toqquşur və Qatar və Türkiyənin maliyyə dəstəyindən faydalanmaqdadır. ABŞ bu qrupu "mötədil qruplar" sırasında hesab edir. 

Rusiyanın Suriyadakı sülh üçün koordinasiya mərkəzi bildirib ki, Terrorçu qruplar Hələbdə 17, Dəməşqdə 18, Dorada 3, Laziqiyyədə 3 və Əl-Qüneytərədə 1 dəfə atəşkədi pozublar. 

Rusiya  eləcə də Suriyada silahlı müxalifətin mənbələrinin bildirdiklərinə görə, bu gündən etibarən Hələbdə atəşkəs rejimi icra olunmalı idi. 

Suriya ordusu çərşənbə axşamı Hələb şəhərini 5 ildən sonra tamamiylə terrorçuların işğalından azad etdi. 

Teqlər