Hələbin şərqində atəşkəs barədə zidiyyətli xəbərlər
-
Hələbin şərqində atəşkəs barədə zidiyyətli xəbərlər
Suriya müxalifət qüvvələri Hələbin şərqində atəşkəs razılaşmasının əldə olunmasından xəbər verdikləri bir şəraitdə Suriya dövləti bunu təkzib edib.
Əl-Alət telekanalının bu gün verdiyi məlumata görə, adı açıqlanmamış Suriya hökumətinə yaxın olan bir mənbə FransPress-ə verdiyi açıqlamada Hələbin şərqində atəşkəs razılaşması xəbərini təkzib edərək deyib: Bu şəhərdə danışıqlar və toqquşmalar davam edir.
Yaraqlı qruplarr tərəfindən keçmişdəki atəşkəs rejiminin təkrar pozulmasından sonra Suriya müxalifəti bu gün səhər çağından etibarən növbəti atəşkəs razılaşmasının əldə olunmasından xəbər vermişdilər
Röyters Suriya müxalifət mənbələrinə istinadla bildirmişdi ki, yaraqlıların Hələbin şərqindən evakuasiya edilməsinə bu gün səhər saat altıdan start verilib.