Dek 15, 2016 15:31 Asia/Baku
  • Terrorçuların Suriyanın Hələb şəhərinin cənub-qərbinə qarşı hücumu dəf olunub

Terrorçuların Suriyanın Hələb şəhərinin cənubuna və cənub-qərbinə qarşı geniş hücum formasındakı son cəhdi Suriyanın ordusu və müqavimət mehvərli qüvvələri tərəfindən dəf edilibdir.

IRNA-nın məlumatına görə, öncəki günlər Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindən Hələb şəhərinin cənubuna və cənub-qərbinə geniş hərbi qüvvə və təchizat köçürmüş terror qrupları ahəngdar bir hərəkətdə "Əlhəkəmə məktəbi", "1070 kompleksləri" və hava qoşunları batalyonundan Suriya ordusunun mövqelərinə hücum ediblər ki, bu da suriyalı hərbçilərin və müqavimət qüvvələrinin reaksiyası ilə üzləşibdir.

Terrorçuların çərşənbə günü axşamçağından başlanmış və bu gün səhərədək davam etmiş hücumunda çoxlu sayda terrorçu öldürülüb.

Digər bir xəbərə görə, Livan Hizbullahının Müharibə İnformasiya Mərkəzi bildiribdir ki, terrorçuların Hələbin şərqindən Hələbin cənub-qərbindəki "Xan Tuman" məntəqəsinə, oradan da İdlibə köçürülməsi bu gün həyata keçirilləcəkdir.

Belə bir halda, Rusiya ordusu bildiribdir ki, terrorçuların Hələbdən çıxarılması əməliyyatına pilotsuz təyyarələrdən istifadə etməklə nəzarət edir.

Suriyanın dövlət televiziyası da bildiribdir ki, atəşkəs razılaşmasına əsasən, dörd min silahlı şəxs Hələbdən çıxarılacaqdır.

Hələbin şərq məntəqələri 2012-ci ildən terror qruplarının nəzarəti altındadır, amma Suriya ordusu və müqavimət qüvvələri bazar ertəsi günü gecə bu şəhəri təqribən tam şəkildə azad edə biliblər.

Teqlər