Dek 15, 2016 20:19 Asia/Baku
  • Hələb azad edildi, şəhidlərin fədakarlıqları hesabına...
    Hələb azad edildi, şəhidlərin fədakarlıqları hesabına...

Hələbin azad edildiyi bu günlərdə, xalqı sevincə boğan şəhidlərin xatirəsi bir an olsun belə xatirələrdən silinmir.

Hələbin azadlıq baharında müqavimət şəhidlərinin yeri boş görünür. Şəhər sakinlərinin 4 il davam edən aramsız əzab və əziyyətləri sonda öz yerini dincliyə verib. Amma, müqavimət cəbhəsinin şücaətli və mübariz qadın və kişiləri olmasaydı, bəlkə də hər şey başqa cür olardı. Bu üzdən hərəm müdafiəçilərinin qəhrəmanlıqlarını unutmayaraq, bu əziz şəhidlərin xatirəsini daim anmaq lazımdır.

 

İRİB-nin müxbiri:

Hələb azadlığını bayram edir. Böyük bir sevincə səbəb olan bu bir cümlənin arxasında isə böyük bir qüssə və kədər dayanır. Bu qüssə, Hələb azadlığına qovuşsun deyə, gözünü belə qırpmadan mübarizə meydanına gedən və bird aha geri dönməyən igidlər üçündür. Mahmud bu gün həyatda deyil və Hələbin azadlığını görmək ona nəsib olmadı. Hacı Möhsün isə Hələbin azad edilməsi xəbərini vermədən, şəhadət camını başına çəkdi.

Fatimiyyun batalyonu şəhidləri isə gözü götürməyənlərin dedikləri kimi, istər pul almış olsunlar, istərsə də yox, amma, Hələbi azad etdilər.

Suriya ordusu da hər yanı bürümüş fitnə dumanında öz yolunu itirməyərək, səbrlə məqsədə çatmağın mümkün olduğunu sübut etdi.

Abdullah isə Hərəmin müdafiəsini cangüdənlikdən daha üstün tutdu.

Öz cazibədarlığı ilə bu qələbəni daha da şirin edəcək Cihad Müğniyə də artıq aramızda yoxdur.

İranlı, livanlı, suriyalı və əfqan olmasından asılı olmayaraq, qəlblərin fatehləri öz fədakarlıqları ilə bu qələbəni tarixə qanları ilə yazdılar.

Şəhriyari, Cəvani, Xorasani, Kənani, İsgəndəri, Bəxti və Bəxşidən tutmuş sərdar Hüseyn Həmədaniyə kimi.

 

Şəhid Hüseyn Həmədani – Hərəm müdafiəçisi:

Ey şəhidlərin Allahı! Bu qanımızın sənin yolunda, Hüseynin(ə) şəhid olduğu yolda axmasını istəyirik.

 

 

 

 

Teqlər