Dek 15, 2016 21:39 Asia/Baku
  • Mosulun azad edilməsinə az qaldı...
    Mosulun azad edilməsinə az qaldı...

Heydər əl-İbadi: Mosulun azad edilməsi əməliyyatı çox yaxşı irəliləyişə malikdir.

Terrorçuların Suriyadakı əsas bazası sayılan Hələb şəhərinin suriyalı qüvvələr tərəfindən azad edilməsinin ardınca, terrorçular bu dəfə İraqdakı əsas bazaları sayılan Mosulda çox çətin vəziyyət ilə üzləşiblər və iraqlı qüvvələr Mosulun azad edilməsi əməliyyatı çərçivəsində terrorçulara təzyiqlərini artırıblar. İraqın baş naziri Heydər əl-İbadi isə xarici ölkə səfirləri ilə görüşdə Mosulun azad edilməsi əməliyyatının çox yaxşı irəliləyişə malik olduğunu bildirib.

 

İRİB-nin müxbiri:

Bura Mosulun mərkəzi küçələridir və İRİB-nin kamerası azad edilmiş küçələri dolaşaraq, şəhərdəki vəziyyəti görüntüləyib. Əzzühur Mosulun mühüm məntəqələrindən biridir. Sakinlər bildirirlər ki, İŞİD  xarici kamikadzelər hesabına bu məntəqəni əldə saxlamağa çalışsa da, bunu bacarmadı.

 

Şəhər sakini:

İŞİD bizi məhvə sürükləyirdi. Onlar sadəcə gənclərə deyil, mənim kimi yaşlılara da rəhm etmirdilər. Onların çoxu xarici idi.

 

Şəhər sakini:

2 il yarım fəlakətdə yaşadıq. Onlar İslam iddiasında olsalar da, heç vaxt İslama əməl etmirdilər.

 

İRİB-nin müxbiri:

Havaların soyumasına baxmayaraq, ordu qüvvələrinin isti nəfəsi şəhərin azad edilmiş hissəsində insanlar üçün böyük arxa və dayağa çevrilib.

Azadlığın şirinliyini dadan şəhər sakinləri, indi terrorçuların ürəklərdə buraxdığı acılardan danışırlar.

 

Şəhər sakini:

Əzab və əziyyətdən başqa bir şey görmədik. Övladlarımızı öldürdülər, bizi isə didərgin saldılar.

 

İRİB-nin müxbiri:

İraqlı qüvvələr Mosulda 30-dan çox məhəlləni azad ediblər. İndi döyüşlər Yunis(ə) peyğəmbərin məqbərəsinin yaxınlığında, Həyyül-Müsənna məhəlləsində davam edir.

 

 

Teqlər