Dek 16, 2016 10:09 Asia/Baku
  • Digər bir qrup terrorçu Hələbin şərqindən çıxıb
    Digər bir qrup terrorçu Hələbin şərqindən çıxıb

Suriya dövləti silahlı qruplar arasında anlaşmanın icrası çərçivəsində terrorçu ünsürlərin üçüncü qrupu Hələbin şərqindən çıxıb.

Əl-Aləm televiziyasının məlumatına görə, bu terrorçuların Hələbin qərb hissələrin nəqli üçün səylər davam edir. Lakin əldə olunan anlaşmaya əsasən, onların çıxışı Fuə və Kəfərya bölgələrində mühasirəyə alınmış vətəndaşları daşıyan avtobusların girişi ilə eyni zamanda baş verməlidir. 

Məlumata görə, Əhraruş-Şam terror qrupunun silahlı ünsürləri avtobuslar və xilas maşınlarının Fuə və Kəfərya şəhərlərinə girişində əngəl yaradıblar. 

Suriya hökuməti və Rusiyanın terror qrupları ilə anlaşmasına əsasən, anlaşmanın icrasının ilk mərhələsində təxminən 5 min nəfər olan bu terror qruplarının ünsürləri ailələri ilə birlikdə Hələbdən çıxacaq və qarşılığında təxminən Fuə və Kəfəryanın mühasirəyə alınmış bölgələrinin təxminən 10 min sakini qərbdə Laziqiyyəyə doğru nəql olunacaqdır. 

Terrorçuların Hələb şəhərindən çıxmaları ilə, bölgənin terrorçulardan təmizlənməsi əməliyyatı təkmilləşib və Suriya vətəndaşları bir daha küçələrə axışaraq şənlik və bayram ediblər. 

Hələbin şərq hissəsi 2012-ci ildən terror qruplarının nəzarətindədir. Lakin Suriya ordusu və müqavimət qüvvələri çərşənbə axşamı günü bu şəhəri tam şəkildə azad edə bildilər. 

Rusiya Xarici İşlər Nazirliyi Hələbin tam azad olunmasını təsdiqləyib. 

Teqlər