Bəşşar Əsədin Hələbin azadlığı ilə bağlı təbrik müraciəti
Dek 16, 2016 10:15 Asia/Baku
Suriya prezidenti Hələbin azad olunması münasibəti ilə bu ölkə xalqını təbrik edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü Hələbin azadlığı münasibəti ilə video müraciətdə deyib: Bu qələbə Suriya xalqı üçün tarixi bir başlanğıcdır.
Bəşşar Əsəd əlavə edib: Hazırda Hələbdə baş verənlər bütün Suriya vətəndaşlarının səyi və əməkdaşlığının nəticəsidir və bu bölgənin azad olunması ilə təkcə Suriya və regionun deyil, dünya prosesləri dəyişmişdir.
Hələb şəhəri ötən aylarda dövlət qüvvələri ilə terror qrupları arasında qızğın müharibənin şahidi idi. Suriya ordusu çərşənbə axşamı günü bu şəhərə tam nəzarəti ələ keçirib.