Silahlı qrupların Hələbin şərqindən çıxmaları əməliyyatı dayandırılıb
-
Silahlı qrupların Hələbin şərqindən çıxmaları əməliyyatı dayandırılıb
Xəbər dairələri terrorçuların Suriyanın şimalında Hələbin şərqindən çıxmaları əməliyyatının dayandırılıdığını bildiriblər.
İRİB-in məlumatına görə, Hələbin şərqində silahlı qruplar və terrorçular əsirlərin azadlığı üzrə öz vədlərini yerinə yetirməyib və onların çıxması əməliyyatı cümə günü dayandırılıb.
Bu arada Kəfərya və Fuə razılaşması da yekunlaşmayıb və silahlı şəxslərin Hələbin şərqindən çıxmasının dayanmasından sonra onlar, Ər-Ramusə keçidini atəşə tutublar.
Bu arada Suriya hökuməti Hələbin şərqində silahlı şəxslərin çıxması üçün onlarla avtobus və təcili yardım maşını yerləşdirib.
Suriya təhlükəsizlik qüvvələri vətəndaşlardan istəyiblər ki, bölgədən çıxsınlar və snayperlər və silalı şəxslərin minaatanlarının hədəfinə çevrilməsinlər. Silahlı şəxslər sivillərin bir qrupunu hədəfə alıblar.
Deyilənlərə görə, Hələbin qərb xəstəxanaları yaralılarla doludur.
Bununla yanaşı Suriyanın milli barışıq məsələləri üzrə naziri Əli Heydər cümə günü Hələbdə sivillərin təhlükəsizliyinin qorunmasını vurğulayıb.
Əli Heydər Dəməşqdə jurnalistlər qarşısında Hələbin vəziyyəti barədə deyib: Hökumətin əsas məqsədi sivillərin həyatını qorumaq və silahlı qrupların Hələbin şərqindən geri çəkilməsidir.
Suriya hökuməti ilə Hələbin şərqində silahlı qruplar arasında razılaşmadan sonra qərara alınıb ki, bu qruplar öz silahlarını yerə qoysunlar və bölgəni İdlib vilayəti istiqamətində tərk etsinlər.
Hələbin şərq bölgələri 2012-ci ildən terror qruplarının nəzarətində idi. Lakin Suriya ordusu və müqavimət qüvvələri bu şəhəri tamamilə azad etmişlər.