Suriya ordusu Hələbdə əməliyyata başlaya bilər
-
Suriya ordusu Hələbdə əməliyyata başlaya bilər
Terrorçular bu gün Hələbdə atəşkəsin pozulması istiqamətində Ər-Ramusə keçidinə doğru atəş açıblar. Bu hərəkət Suriya ordusunun Hələbdə işğal olunmuş bölgələrin azad olunması üçün öz hərbi əməliyyatına başlamasına səbəb olub.
Suriyanın hərbi dairələri bildiriblər: Ər-Ramusə keçidinə atəşin açılması anlaşmanın, üstəlik atəşkəsin pozulmasına səbəb olacaq.
Terrorçuların bu hərəkətindən sonra Rusiya Müdafiə Nazirliyi bildirib: Suriya ordusu Hələbin şərqində terrorçuların işğal etdiyi bölgələrin geri alınması üçün öz əməliyyatını davam etdirəcək.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, terrorçuların Ər-Ramusədə atəş açmasından öncəyə qədər və terrorçuların Hələbin şərqindən nəqli əməliyyatı dayanana qədər, terrorçuların işğalında olan bölgələrdən 9500 nəfər çıxıb.
Bir müxalif dairə də bildirib ki, terrorçuların çıxışı əməliyyatı dayandırılmışdır və Türkiyə ilə təmaslar qurulmaqdadır. Belə ki, yaralı və xəstələrin Fuə və Kəfəryadan çıxması üçün şərait sadələşsin.