Suriyanın hərbi aeroportunu işğal etməyə çalışan İŞİD-in uğursuz cəhdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251588-suriyanın_hərbi_aeroportunu_işğal_etməyə_çalışan_İŞİd_in_uğursuz_cəhdi
Suriya ordusu qüvvələri Homsun şərq ətrafında Əl-Teryfur hərbi aeroportunun cənub-qərbinə İŞİD terror qruplaşmasının hücumunun qarşısını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2016 09:23 Asia/Baku
  • Suriyanın hərbi aeroportunu işğal etməyə çalışan İŞİD-in uğursuz cəhdi

Suriya ordusu qüvvələri Homsun şərq ətrafında Əl-Teryfur hərbi aeroportunun cənub-qərbinə İŞİD terror qruplaşmasının hücumunun qarşısını alıblar.

Press TV-nin məlumatına görə, Suriya ordusunun bir qrupu Homsun ətrafında İŞİD terror qruplaşması ünsürlərinin toplaşdığı və nəqli məkanını hədəfə alıb. Bu hücum 30-dan çox İŞİD-çinin öldürülməsi və onlarla terrorçunun yaralanması ilə nəticələnib. 

Suriyanın bir hərbi rəsmisi də deyib: Təkfirçi terrorçuların 4 zirehli avtomobili və pulemyot qoşulmuş bir neçə avtomobili məhv edilib. 

Bu məlumata görə, Suriya ordusu qüvvələri Homsun şimal istiqamətində Kisin kəndində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının 7 ünsürünü öldürüb və bir qrupu yaralayıb. 

Bu əməliyyatda həmçinin terrorçuların hərbi təchizatı məhv edilib.