Sionistlər əl-Əqsa məscidinə hörmətsizlik ediblər
Sionist qəsəbə sakinləri bazar günü əl-Əqsa məscidinin həyətinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, qəsəbə sakinlərinin əl-Əqsa məscidinə basqınında onlarla birlikdə olan bir qrup sionist ravvin də yalançı məbəd barəsində onlara açıqlama verib və sionist əfsanələr söyləyirlər. Bu da namaz qılanlar və dini elmlər üzrə tələblərin reaksiyası ilə üzləşib.
Sionist qəsəbə sakinləri ötən günlər ərzində əl-Əqsa məscidinə dəfələrlə basqın ediblər.
2016-cı ilin oktyabr ayında üç min sionist qəsəbə sakini əl-Əqsa məscidinə hücum edib.
Bu müqəddəs məkan Beytül-Müqəddəsin islam və xristian kimliyinin məhv edilməsi və sionist simvolların alternativ olaraq tətbiq edilməsi üçün sionist hərbçilər və qəsəbə sakinlərinin at oynadığı məkana çevrilib.
Başqa bir xəbərə görə, sionist rejim hərbçiləri bu gün əl-Əqsa məscidinin şərq divarı yaxınlığında Babur-Rəhmət adlanan müsəlmanların qəbiristanının bir hissəsini işğal ediblər.
Babur-Rəhmət qəbiristanlığı Qüds şəhərinin ən qədim islam məkanlarından biridir. İslam peyğəmbərinin (s.ə.s) bir çox səhabəsinin qəbri bu qəbiristanlıqda yerləşir.