Dek 18, 2016 20:18 Asia/Baku
  • Qərblilər və ərəblərin Hələbin azad olunmasından sonra psixoloji müharibəsi
    Qərblilər və ərəblərin Hələbin azad olunmasından sonra psixoloji müharibəsi

Suriyada terrorçuları dəstəkləyən xarici medialar psixoloji müharibə ilə müqavimət cəbhəsinin Hələbdəki böyük qələbəsini təsir altına almağa çalışıblar. Belə ki, terrorçuların cinayətlərini Suriya ordusunun ayağına yazmaqla Hələbdə insan haqlarının pozulmasını iddia ediblər.

Hələb şəhərinin azadlığından sonra, və dünyanın bəzi medialarının bu şəhərin fəthindən xəbər verdikləri bir halda,

Bölgədə bir neçə telekanal, o cümlədən Qətərin Əlcəzirəsi, Ərəbistanın əl-Hədəs və Əl-Ərəbiyyə kanalları öz proqramlarını bir neçə matəm vəziyyətinə gətirdilər və daim Hələbdə insan haqlarından söz açırlar.

Başqa sözlər bu telekanallar Hələbin azad olunmasını və terrorçuların məğlubiyyətini görməməzliyə vuraraq öz xəbər xətlərini emosiyaların təhrik olunması və qaralamağa doğru dəyişiblər.

Telekanallar bu təbliğat xəttində xəbər kameralarını terrorçuların mövqelərinin daxilinə aparıb və silahlı terrorçuları əks etdirməklə belə göstərirlər ki, terrorçuların canı təhlükədədir.

Əl-Ərəbiyyə aparıcısı deyir: Hələbin şərqində baş verənlər müxaliflərin həlak olması və qalan insanların həyatının təhlükədə olmasıdır. Belə ki, beynəlxalq dairələr onların xilası üçün hərəkətə keçməlidirlər.

Həmin telekanallar Hələbin 4 illik işğalı dövründə terrorçuların vəhşicəsinə hücumu nəticəsində bu şəhərin uşaqlarının ağlamasını əks etdirməmişlər. İndi Hələbdə bir terrorçunun bu şəhərin şərqindən çıxmasına görə ağlamasını məzlumluqla göstərirlər.

Yaxud Hələb kişiləri və qadınları bomba partlayışları və silahlı şəxslərin rəhmsizcəsinə hücumlarında həlak olduqda və ya yaralandıqda, bu telekanallar sükut edirlər.

İndi Əlcəzirə, əl-Ərəbiyyə və əl-Hədəs Hələbdə terrorçuların ölməsinə xatir hay-küy qoparır və onu insan haqlarının pozulması kimi xatırlayırlar. Bu arada bu telekanalların bəzi aparıcıları qara geyimdə qəzəbli və qəmli şəkildə kamera qarşısına çıxırlar.

Əslində bu növ təbliğat metodu bir sikkənin üzüdür ki, qərb və ərəb başçıları onun arxasındadırlar. Və dəfələrlə terrorçulara maliyyə və lojistik dəstəklərdən söz açmışlar.

Bir ərəb ölkəsinin rəsmisi belə deyib: Ərəb ölkələri suriyalı müxaliflərə 100 milyon dollar vəsait ayırmaqla razılaşıblar.

Aydındır ki, bu təbliğat xətti Hələbin azad olunmasını zəif cilvələndirmək, ümumi fikri bu qələbədən yayındırmaq və eləcə də məğlubiyyətlə üzləşən terrorçuların hamilərinin siyasətlərini ört-basdır etmək üçündür.

 

Teqlər